EN

FTB Boltonun evində axtarışla bağlı sualdan yayınır

FTB Boltonun evində axtarışla bağlı sualdan yayınır

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Merilend ştatındakı evində axtarış aparılması ilə bağlı məlumatı şərh etməyib.

AFN.az TASS-a istinadən xəbər verir ki, FTB müvafiq sorğuya cavabında bildirib: "Bizim şərhimiz yoxdur".

Qeyd edək ki, "Fox News" telekanalı FTB agentlərinin Boltonun məxfi sənədlərin mümkün saxlanması ilə bağlı araşdırma çərçivəsində onun evində axtarış apardıqları ilə bağlı məlumat yayıb. Kanalın mənbəsinin sözlərinə görə, axtarışda əsas diqqət müstəntiqlərin Boltonun hələ də saxlaya biləcəyinə inandığı “potensial məxfi sənədlərə” yönəlib. Telekanal bildirdi ki, 2018-2019-cu illərdə Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışmış Bolton nə nəzarətə götürülüb, nə də həbs edilib.

Chosen
35
1
afn.az

2Sources