EN

Nvidia Çinə yeni süni intellekt çiplərinin tədarükü üçün ABŞ hökuməti ilə danışıqlar aparır

Nvidia Corp. Çinə yeni, daha təkmil çiplərin göndərilməsi üçün icazə almaq ümidi ilə ABŞ hökuməti ilə danışıqlar aparır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Censen Huanq bildirib.

Tayvanda səfərdə olan Huanq jurnalistin yeni B30A-ların Çinə çatdırılmasının mümkünlüyü ilə bağlı sualına cavabında deyib ki, bu, ABŞ hökumətinin qərarından asılıdır. "Biz onlarla dialoq aparırıq. Amma indi bu barədə danışmaq tezdir", - o bildirib.

Keçən ay Çinə səfəri zamanı Nvidia-nın icraçı direktoru şirkətin ölkəni H20-dən daha təkmil çiplərlə təmin edə biləcəyinə ümid etdiyini söyləyib.

Süni intellekt texnologiyalarında istifadə edilən H20 çipləri əvvəllər Vaşinqtonun Çinə yarımkeçirici komponentlərin tədarükünə tətbiq etdiyi məhdudiyyətləri nəzərə alaraq Nvidia tərəfindən xüsusi olaraq Çin bazarı üçün hazırlanıb.

Aprel ayında ABŞ səlahiyyətliləri Nvidia-ya xüsusi icazə olmadan bu çipləri Çinə satmağı qadağan etdi, lakin iyun ayında qərarlarını dəyişdilər.

Chosen
35
3
report.az

5Sources