EN

"Norqor zədəlidir, Uaytın vəziyyəti hələ dəqiqləşməyib"

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının iki oyunçusunun – yarımmüdafiəçi Kristian Norqor və müdafiəçi Ben Uaytın vəziyyəti barədə açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Kristian heyətdə olmayacaq. Bəyi edəcəyik ki, Ben necə hiss edir və hansı qərarı verəcəyik. Kristian təxminən bir həftə və ya bir qədər daha uzun müddət oyunlardan kənarda qalacaq.”

Qeyd edək ki, Uayt “Mançester Yunayted”lə oyuna start heyətində çıxsa da, qarşılaşma zamanı zədələnərək əvəzlənib. Norqor isə hələ “Arsenal”da rəsmi matçlarda debüt etməyib. O, 2025-ci ilin yayında “Brentford”dan transfer olunaraq “kanonirlər”in heyətinə qoşulub və əvvəlki klubunda meydan mərkəzinin kapitanı və lideri olub.

Chosen
30
90deqiqe.az

1Sources