ABŞ prezidenti Donald Tramp iki həftə ərzində Ukraynada hadisələrin hansı istiqamətdə inkişaf etdiyini müəyyən etmək üçün gözləməyə üstünlük verir.
AFN.az xəbər verir ki, bu barədə o özü bildirib.
Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: "Mən bu müharibədə heç nədən razı deyiləm. Heç nədən. Qətiyyən xoşbəxt deyiləm. Gəlin görək bundan sonra nə olacaq. Düşünürəm ki, yaxın iki həftə ərzində hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini öyrənəcəyik".