EN

İranın cənub-şərqində atışma nəticəsində 5 polis əməkdaşı həlak olub

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində patrul qruplarına silahlı hücum nəticəsində polis əməkdaşları həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, silahlı qrup Həş-İranşəhr yolunda nəzarət-buraxılış məntəqəsində iki patrul dəstəsinə hücum edib.

Hücum zamanı 5 polis əməkdaşı həlak olub.

Hücum edənlərin tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb.

Chosen
37
operativmm.az

1Sources