EN

Ağdərədəki yanğın belə söndürüldü - VİDEO

Ağdərə rayonunda baş vermiş yanğın söndürülüb.

"Cebheinfo.az" xəbər verir ki, bu haqda FHN məlmat yayıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlərlə Ağdərə rayonu, Oratağ kəndi istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb”, - məlumatda deyilir.

Qeyd edilir ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri iştirak edib.

Xatırladaq ki, ötən gün Ağdərədə dağlıq ərazidə yanğın başlayıb. Güclü yanğın Ağdam rayon Papravənd kəndi ərazisinə keçib.

"Cebheinfo.az" 

Chosen
50
32
cebheinfo.az

10Sources