EN

“Sumqayıt” “Qarabağ”ı məğlub etdi

Misli Premyer Liqasının II turunda daha bir oyun baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, günün ikinci matçında “Qarabağ” evdə “Sumqayıt”ı qəbul edib və 0:1 hesabı ilə uduzub.

Görüşdə yeganə qol 72-ci dəqiqədə Ronaldo Vaskez tərəfindən vurulub. Bu qələbə ilə “Sumqayıt” xallarını 6-ya çatdırıb, Ağdam klubu isə hələ də xalsızdır. Qeyd edək ki, “Qarabağ”ın ilk turdakı “Sabah”la matçı təxirə salınmışdı.

Turun digər qarşılaşmaları avqustun 23, 24 və 25-də keçiriləcək. Günün əvvəlki matçında isə “Neftçi” “İmişli” ilə qolsuz heç-heçə edib.

Chosen
84
90deqiqe.az

1Sources