EN

Ağdərədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq söndürülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlərlə Ağdərə rayonu, Oratağ kəndi istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb...

Poliqon xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri iştirak edib.

Poliqon.info

Chosen
35
32
poliqon.info

10Sources