EN

Tramp: İki həftə ərzində Ukraynada hadisələrin hansı istiqamətdə inkişaf etdiyi bilinəcək

ABŞ prezidenti Donald Tramp iki həftə ərzində Ukraynada hadisələrin hansı istiqamətdə inkişaf etdiyini müəyyən etməyi gözləyir.

APA xəbər verir ki, Tramp bu haqda Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Mən bu müharibədə heç nədən razı deyiləm. Heç nə. Qətiyyən xoşbəxt deyiləm. Gəlin görək bundan sonra nə olacaq. Düşünürəm ki, yaxın iki həftə ərzində hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini öyrənəcəyik.", - Tramp deyib.

Chosen
7
1
apa.az

3Sources