EN

Tramp 2026-cı il dünya çempionatının püÅŸkatma tarixini açıqlayıb

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi dekabrın 5-də Vaşinqtondakı Con Kennedi adına İfaçılıq sənətləri mərkəzində keçiriləcək.

"Report"un məlumatına görə, bunu Ağ Evdə çıxışı zamanı ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, püşkatmanın paytaxtda keçirilməsi böyük şərəfdir.

"Bu, idman aləmində qeyri-adi hadisədir, ən böyük yarışdır. Biz dünyanın ən yaxşı idmançılarını burada, xalqımızın mədəniyyət mərkəzində qəbul etməkdən qürur duyuruq".

Chosen
21
6
demokrat.az

10Sources