EN

Kanada bəzi ABŞ mallarına rüsumları ləğv edəcək

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kanada ABŞ-Meksika-Kanada Müqaviləsinin (USMCA) əhatə etdiyi ABŞ mallarına tətbiq etdiyi rüsumları ləğv edəcək.

APA xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni məlumat verib.

"Biz USMCA müqaviləsinin əhatə etdiyi ABŞ mallarına Kanadanın bütün rüsumlarını ləğv edəcəyik.", - Karni deyib.

O əlavə edib ki, qərar sentyabrın 1-dən qüvvəyə minəcək.

Bundan başqa o Kanadanın polad, alüminium və avtomobillərə rüsumları saxlayacağını, və bu məsələləri həll etmək üçün ABŞ ilə intensiv işlədiklərini deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
127
8
apa.az

10Sources