EN

Ukrayna dron istehsalı üçün 6 milyard avro cəlb etməyi planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski dron istehsalı proqramlarına kifayət qədər maliyyə vəsaitinin ayrılmasının son dərəcə vacibliyini vurğulayıb.

“Report” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

Prezidentin sözlərinə görə, Ukraynanın dron istehsalı potensialı ölkənin hazırkı maliyyə imkanlarını əhəmiyyətli dərəcədə üstələyir.

"Bu gün NATO-nun baş katibi ilə yalnız daxili istehsalı müzakirə etdik. Bizim dronlarımız həqiqətən də bir nömrəli silahdır. Onların sayəsində düşməni dayandırır, cəbhəni saxlayır və ukraynalılar arasında itkiləri azaldırıq", - Zelenski qeyd edib.

O, maliyyə kəsirinin ödənilməsi üçün 6 milyard avro məbləğində vəsaitin cəlb edilməsinin əsas vəzifə olduğunu deyib və bu istiqamətdə beynəlxalq tərəfdaşların dəstəyinə ümidvar olduğunu bildirib.

"Cebheinfo.az"

Chosen
3
3
cebheinfo.az

4Sources