İstanbulda Selahattin Yılmazın rəhbərlik etdiyi iddia edilən silahlı cinayət təşkilatına qarşı aparılan istintaq çərçivəsində müğənni Ebru Gündeşin əri, iş adamı Murat Özdemir saxlanılıb.
Sherg.az xəbər verir ki, Özdemir polis rəsmiləri tərəfindən ifadəsi alındıqdan sonra azad edilib.
Qeyd edək ki, istintaq çərçivəsində bir neçə şəhərdə əməliyyatlar keçirilmiş, 13 şübhəli saxlanmış və bir qismi həbs edilmişdi. Sui-qəsd iddiaları isə əsas şübhəlilər tərəfindən təkzib edilib.