EN

Kristal təmiz sular və azsaylı turistlər: Kanar adalarının az tanınan adası

Kanar adaları artıq çoxillikdir ki, turistlərin istirahət etmək üçün sevimli yeridir. Tenerife və Lansarote kimi adalar canlı kurortları və gözəll çimərlikləri ilə məşhurdur, lakin mövsümün zirvəsində tez-tez turistlərin həcmindən daşır.

HİT.az xəbər verir ki, "Mirror" qəzeti təkcə heyrətamiz mənzərələri və təmiz suyu ilə yox, həm də demək olar turist olmaması ilə fəxr edə bilən daha az tanınan bir Kanar adası haqqında məlumat yayıb.

Söhbə UNESCO-nun sıx meşələri, vulkanik landşaftları, şam ağacları və küləkli qayaları sayəsində biosfer qoruğu elan edilmiş Yero adasından gedir.

"Bura kristal təmiz sular, müxtəlif dəniz faunası ilə zəngin olması ilə dalğıcları cəlb edən məşhur yerdir, günəşli bir gündə 30 metr dərinliyə qədər görmək olan şəffaf suyu isə heç demirik", deyə materialda qeyd olunur.

Kanar adalarının turizm sənaye nümayəndələrinin dediyinə görə, bu planetdə sualtı üzmək üçün ən yaxşı yerlərdən biridir.

Qeyd etmək lazımdır ki, Yeroda çoxlu çimərlik yoxdur, lakin üzməyi sevənlər təbii mavi suyu olan hovuzlardın ləzzət ala bilərlər.

Xüsusilə, "mavi hovuz" adlanan Çarko-Azul, vulkanik qayalıq sahilinin ətəyində gizlənmiş firuzəyi rəngli suyu ilə ziyarətçiləri heyrətləndirməyə heç vaxt son qoymur.

"Adanın kiçik ölçüsü o deməkdir ki, onu piyada gəzməklə asanlıqla kəşf etmək olar və cığırlar sizi şam meşələrindən sahilə qədər ən gözəl yerlərə aparacaq. Əsas görməli yerlərdən biri bir vaxtlar yerli sakinlər tərəfindən istifadə edilən qədim marşrut olan Kamino-de-Xinamadır. Onun uzunluğu təxminən cəmi üç kilometrdir, lakin onunla gəzmiyə dəyər (bir neçə dik ərazi olsa da), ən azı Yeronun açdığı inanılmaz mənzərələrinə görə", deyə "Mirror" əlavə edir.

Burada çoxlu klublar, barlar və otellər yoxdur, lakin bu adada müxtəlif büdcələr üçün uyğun olan eko-otellər tapa bilərsiniz.

Samir

Chosen
5
hit.az

1Sources