EN

İran gələn həftə Britaniya, Almaniya və Fransa ilə nüvə danışıqları aparacaq

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran diplomatlarının Britaniya, Almaniya və Fransa nümayəndələri ilə nüvə proqramı məsələsinə dair danışıqları avqustun 26-na planlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

"İranın üç Avropa ölkəsi və Avropa İttifaqı ilə danışıqlarının gələn çərşənbə axşamı xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam etdirilməsi qərara alınıb", - məlumatda bildirilib.

Telekanal qeyd edib ki, qərar İran XİN başçısı Abbas Əraqçi ilə yüksək vəzifəli avropalı diplomatlar arasında telefon danışığından sonra qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
3
bakivaxti.az

5Sources