
Türk musiqisinin sevilən səsi Funda Arar, 2000-ci ildə “Sevgilerde” albomu ilə başlayan sənət yolunda “Seni Düşünürüm”, “Yak Gel”, “Senden Öğrendim” və “Bağışla” kimi hitlərlə yaddaşlara həkk olunmuşdu.Uzun fasilədən sonra müğənni yeni mahnısı ilə geri qayıdır. “Unutulmuyor” adlı mahnı sabahdan etibarən bütün rəqəmsal platformalarda dinləyicilərə təqdim olunacaq.Arar yalnız musiqi ilə deyil, həm də yeni imici ilə diqqət çəkib. O, saçlarını qısaldaraq sarıya boyadıb və tamamilə fərqli bir görünüş qazanıb. Müğənnini görənlər “sanki başqa birinə çevrilib” deyə şərh ediblər.Ulusum.az
Diqqət Çəkənlər
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində
Siyəzəndə zəlzələ oldu
Aida Tağızadə vəfat etdi