Türkiyə dəniz təhlükəsizliyinə cavabdeh olmaqla, Ukraynanın təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmaq istəyir.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə NATO baş katibi Mark Rutte ilə görüşündə deyib.
“Məhz bu nəticəni əldə etməliyik. Tamamilə aydın bir arxitektura olmalıdır ki, hansı ölkələr quruda kömək edir, səmamızın təhlükəsizliyi üçün kim çalışır, hansılar dənizdə təhlükəsizliyi təmin edir, Ukraynaya kömək edir. Türkiyə də Ukrayna üçün dənizdə təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmaq istəyir”, - Zelenski bildirib.