EN

"Demokratiya nədir?" kimi asan suallar var idi - MİQ müsahibə iştirakçısı

Avqustun 21-dən Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb. İki gün davam edən müsahibə mərhələsi bu gün başa çatıb.

Müsahibədə iştirak edən müəllimlərdən biri də Coğrafiya müəllimi Gəncəli Süleymanovdur. 

5 ildir pedaqoji fəaliyyətlə məşğul olan müəllim müsahibənin yaxşı keçdiyini bildirib.

"MİQ-in test mərhələsində 63.75 bal toplamışam. Sertifikasiya balım isə 56-dır. Müsahibə mərhələsində bütün sualları cavablaya bilməsəm də, ümumilikdə məntiq tələb edən rahat suallar idi. "Demokratiya nədir?", "amnistiya nədir?" kimi asan suallara da yer verilmişdi. 

Culfa rayon Ərəfsə kənd tam orta məktəbdə çalışıram. Fəaliyyətimi Culfa rayonu Xanəgah kənd tam orta məktəbində davam etdirmək istəyirəm.

Müsahibədə iştirak edəcək həmkarlarıma sərbəst olmağı tövsiyə görürəm. Həmçinin dünyagörüşlərini bacardıqları qədər artırsınlar". 

Chosen
9
azedu.az

1Sources