EN

Kallas: “Putin istədiklərinin hamısını aldı”

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəszilik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas “BBC” telekanalına müsahibəsində belə deyib. “Bütün söhbətlər Ukraynanın nədən imtina etməli, Ukraynanın hansı güzəştlərə getməyə hazır olması barədə gedir. Bu arada unuduruq ki, Rusiya bir dənə də güzəştə getməyib. Əgər biz bu tələyə düşərək Ukraynaya güzəştlər baxımından təzyiq göstərsək, o zaman bu vəziyyət təkrarlanacaq, çünki təcavüzkarlıq mükafatlandırılacaq”, - Aİ diplomatiyasının rəhbəri vurğulayıb.

Bloomberg: “Lavrov Rusiya-ABŞ dialoqunu pozur”

Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin Alyaska sammitindən istədiyi hər şeyi əldə edib: onu şərəflə qarşılayıblar, Ağ Ev isə yeni sanksiyalar tətbiq etməyib. Kaya Kallas həmçinin Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı danışıqlara da münasibət bildirib. - İndiki mərhələdə hələ çox az səhih addım var. Ən etibarlı təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusudur”, - Aİ-nin Xarici İşlər və Təhlükəsizlik üzrə Ali nümayəndəsi deyib. Xatırladaq ki, bundan əvvəl “Bloomberg” agentliyi Rusiyanın Xarici İşlə naziri Sergey Lavrovun bəyanatlarının Moskva-Vaşinqton danışıqlarını pozduğunu və Ukraynanın təhlükəsizliyinin təminatı üçün səyləri zərbə altına qoyduğunu yazıb. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
1
azvision.az

2Sources