“Bütün söhbətlər Ukraynanın nədən imtina etməli, Ukraynanın hansı güzəştlərə getməyə hazır olması barədə gedir. Bu arada unuduruq ki, Rusiya bir dənədə güzəştə getməyib. Əgər biz bu tələyə düşərək Ukraynaya güzəştlər baxımından təzyiq göstərsək, o zaman bu vəziyyət təkrarlanacaq, çünki təcavüzkarlıq mükafatlandırılacaq”,- Aİ diplomatiyasının rəhbəri vurğulayıb.
![]() |
Bloomberg:“Lavrov Rusiya-ABŞ dialoqunu pozur” |
Kaya Kallas həmçinin Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı danışıqlara da münasibət bildirib.
- İndiki mərhələdə hələ çox az səhih addım var. Ən etibarlı təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusudur”,- Aİ-nin Xarici İşlər və Təhlükəsizlik üzrə Ali nümayəndəsi deyib.
Xatırladaq ki, bundan əvvəl “Bloomberg” agentliyi Rusiyanın Xarici İşlə naziri Sergey Lavrovun bəyanatlarının Moskva-Vaşinqton danışıqlarını pozduğunu və Ukraynanın təhlükəsizliyinin təminatı üçün səyləri zərbə altına qoyduğunu yazıb.
Sahil İsgəndərov
AzVision.az