EN

Sid Fildin “Ssenari yazmağın təməl qaydaları” kitabı ilk dəfə Azərbaycan dilinə tərcümə olunacaq

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) dünyaşöhrətli bestseller, tanınmış ssenarist və prodüser Sid Fildin “Ssenari yazmağın təməl qaydaları” adlı kitabını ilk dəfə Azərbaycan dilinə tərcümə edəcək.

AKİ-dən AZƏRTAC-a verilən məlumata görə, kitabın yayım hüquqları 5 illik müddətinə alınıb. İlk dəfə 1979-cu ildə işıq üzü görən əsər 2003-cü ilə qədər yarım milyon nüsxə tirajla satılıb və dünyanın 400-dən çox universitet və kollecində dərs vəsaiti kimi istifadə olunub.

Sid Fild beynəlxalq miqyasda tanınmış ssenarist, prodüser, mentor və bestseller müəllifdir. “Ssenari yazmağın təməl qaydaları” bu günə qədər 22 dilə tərcümə olunub.

Əsər yeni başlayan ssenaristlər, kino tələbələri, rejissor və prodüserlər, həmçinin film sahəsində yazı işi ilə məşğul olan hər kəs üçün dəyərli vəsait hesab olunur. 18 hissədən ibarət kitab AKİ tərəfindən nəşr edildikdən sonra kino mütəxəssisləri və tələbələrə pulsuz paylanacaq.

Qeyd edək ki, müqavilənin imzalanması “Roller Bird” nəşriyyat evi və onun təsisçisi Əfsanə Yusifin təşkilati dəstəyi ilə həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
azertag.az

2Sources