EN

FTB Con Boltonun evində axtarış aparıb

FTB

Federal Təhqiqat Bürosunun əməkdaşları ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonun evində axtarış aparıb.

APA “New York Post”a istinadən xəbər verir ki, axtarış əmri FTB direktoru Kaş Patel tərəfindən verilib.

Boltonun evində axtarışın onun məxfi informasiyaya malik olması ilə bağlı iddialara görə aparıldığı ehtimal edilir.

Anonim ABŞ rəsmisinin verdiyi məlumata görə, Boltonla bağlı araşma bir neçə il əvvəl başlayıb, lakin Bayden administrasiyası siyasi səbəblərə görə bu araşdırmaya xitam verib.

Qeyd edək ki, Con Bolton 2020-ci ildə nəşr edilən “Bunun baş verdiyi otaq” kitabında bəzi məxfi informasiyalara yer verməkdə ittiham olunurdu.

Chosen
28
3
xalqcebhesi.az

4Sources