EN

21 avqust tariximizə Kəlbəcər şəhərinin doğma sakinlərinə qovuşduğu gün kimi yazıldı - Vüqar Rəhimzadə

Bakı. Trend:

25 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyev xalqamüraciət edərkən Kəlbəcər şəhərinin və rayonun kəndlərinin yenidənqurulacağını bildirdi. Dövlətimizin başçısı İlham Əliyev digər azadedilmiş ərazilərimiz kimi, Kəlbəcərə də çoxsaylı səfərləri zamanıyeni obyektlərin, yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində,açılışlarında iştirak etdi, görülən, həyata keçiriləcək işlərlətanış oldu, tapşırıq və tövsiyələrini verdi. Ölkə Prezidenti İlhamƏliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri regionundirçəlməsi üçün vacib olan infrastruktur layihələrinin icrası iləmüşayiət edilir və kəlbəcərlilərin doğma yurdlarına qayıdışınıgünbəgün yaxınlaşdırdı. Nəhayət, həmin gün gəldi. 21 avqusttariximizə Kəlbəcər şəhərinin sakinlərinə qovuşduğu tarixi gün kimiyazıldı. Dövlət başçısı İlham Əliyev və birinci xanım MehribanƏliyeva avqustun 21-də Kəlbəcər rayonunda çoxsaylı sosialobyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirak etdilər,Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi vəçoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçənsakinlərlə görüşdülər. Görüşdəki çıxışında “Bu gün sizinhəyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildənsonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm.Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbirbir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır.Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərəbaxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hərbirimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı”söyləyən Prezident İlham Əliyev bildirdi ki, Kəlbəcər şəhəri indidünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birincimərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərindədörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10mindən çox insan yaşayacaq.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadəaçıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevinhər bir çıxışı 30 illik işğal, 44 günlük Vətən müharibəsi, eynizamanda, müharibədən sonrakı dövrün reallıqları barədə ətraflıməlumatın əldə olunmasında zəngin mənbədir. Kəlbəcərin 1993-cü ilaprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı bədnamhakimiyyətin - AXC-Müsavat cütlüyünün səriştəsizliyi, xəyanətinəticəsində olmuşdur. Ondan sonrakı dövrün reallıqları bəllidir.Prezident İlham Əliyevin Kəlbəcər şəhərinin sakinləri ilə görüşündəvurğuladığı kimi, uzun sürən danışıqlar heç bir nəticə verməmişdi,verə də bilməzdi. Çünki Ermənistan bir qarış torpaq qaytarmaqfikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaqnaminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə -Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişənidondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməniişğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhzbuna görə münaqişə sülh yolu ilə həll olunmadı.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısınınçıxışlarında, o cümlədən də Kəlbəcər şəhərinin sakinləri iləgörüşündə bu çağırış bir daha bəyan edildi ki, əgər Ermənistanaqarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı dövlətböyük dövlətlər tərəfindən cəzalandırılsaydı, Ermənistan bizimtorpaqlarımızı sülh yolu ilə qaytara bilərdi. Sadəcə olaraq, onlaraqarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütünimkanlar açıldı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərindəpulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterrorəməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimigötürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahlarınqiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Bütün bu silahlaronlara bir məqsədlə pulsuz verilirdi ki, işğal davam etsin,azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar,Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həllolunmasın.

Azərbaycan tarixi Zəfərimizi şərtləndirən bütün amilləri təminetdi. Hər gün, hər saat Zəfər günümüzü yaxınlaşdırdı. Belə ki,güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistan işğalçıdövlət kimi ifşa edildi. Azərbaycanın ədalətə və beynəlxalq hüquqasöykənən siyasəti nəticəsində bir çox aparıcı beynəlxalqtəşkilatlar mövqeyimizi qəbul etməyə məcbur oldular. İqtisadiimkanlarımız ordu quruculuğunu təmin etdi. Ən müasir silahlaralındı. Vətənpərvər gənc nəsil yetişdi. O gənc nəsil ki, 44 günlükİkinci Qarabağ müharibəsində sinəsini qabağa verib torpaqlarımızıdüşməndən azad etdi. Azərbaycan dövləti və Azərbaycan xalqı biryumruq kimi birləşdi. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmiryumruq” həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu. TarixiZəfərimizdən 2023-cü ilin sentyabrınadək olan dövrün hədəfi isəsuverenliyimizin tam bərpası idi. Azərbaycan buna da nail oldu.Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan, Prezident İlhamƏliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterrortədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. ÖlkəPrezidenti İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündəbu reallıqlara bir daha diqqəti yönəldərək bildirdi ki, bizim üçün2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixigünlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitindəyaşayır və bundan sonra da sülh şəraitində yaşayacaq.Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başaçatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir.Mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o,heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqicəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır. Ermənistanlasülh müqaviləsinin müəllifi də bizik. O bəndlərin tərtibatında damövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanmasıfaktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur.Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla qurubağlantısı da təmin edildi.

Milli Məclisin deputatı bildirib ki, dövlətimizin başçısı İlhamƏliyev sözügedən görüşdəki çıxışında tarixi Zəfərimizdən sonrakıdövrün reallıqlarına da xüsusi diqqət yönəltdi. Reallıq budur ki,Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr ölkəmizəqarşı kampaniyaya başladılar. Azərbaycanı cəzalandırmaq,sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Onlarınheç biri həyata keçmədi. Azərbaycan atdığı hər bir addımındaədalətə və beynəlxalq hüquqa söykənir. Müharibəni öz torpaqlarındaaparmışdı. Bəzi ölkələr kimi heç bir ölkənin torpağını zəbtetməyib, etnik təmizləmə aparmayıb, şəhər və kəndlərini viranqoymayıb. Azərbaycanın mövqeyi beynəlxalq təşkilatlar çərçivəsindəhər zaman ədalətli mövqe kimi qəbul olunur. Dövlətimizin xaricisiyasətinin dəyişməz prinsipləri daim ona yeni dostlar, tərəfdaşlarqazandırır. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini BMTTəhlükəsizlik Şurasının qətnamələri əsasında tam bərpa edib. Dövlətbaşçısı İlham Əliyevin bu günlərdə ABŞ Prezidenti Donalr Trampındəvəti ilə bu ölkəyə işgüzar səfəri çərçivəsində Vaşinqtonşəhərində, dünyanın bir nömrəli ofisində - Ağ Evdə imzalanmışsənədlər bütün bu qəbuledilməz səylərə son qoydu. Əldə ediləntarixi sülh razılaşması Azərbaycanın beynəlxalq nüfuzunun, ədalətlimövqeyinin bir daha təsdiqi oldu.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlhamƏliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngin olur. Bu baxımdanKəlbəcər şəhərinin sakinləri ilə görüşü də xüsusilə diqqətdədir.Bugünkü tariximizin uğur, Zəfər səhifələri təhlil edilməklə yanaşı,30 illik işğal dövrünün reallıqları da diqqətdən kənarda qalmadı.Düşmənin zaman-zaman Azərbaycan xalqının başına gətirdiyi faciələrvurğulandı. “Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Bizbir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərinibiz onlara etmədik. Halbuki onların etdikləri heç vaxtyaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilənhərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdənolan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heçvaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir” söyləyənPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı daetdi ki, bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı,bu gün məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimideyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik.Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxtşirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizimSilahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının,təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələriniizləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. Əgərbizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmiryumruğ”umuzu hər kəs görəcək.

Chosen
62
10
az.trend.az

10Sources