EN

Ağdamın Xıdırlı kəndinə daha 68 ailə köçürüldü

Bu gün səhər saatlarında yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

Aktual.az xəbər verir ki, bu mərhələdə köçürülən 252 nəfərdən ibarət 68 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 50 mindən çoxinsan yaşayır.

Chosen
18
29
ulusum.az

10Sources