EN

Suyu bu şəraitdə istehsal edirmişlər Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Abşeron rayonu, Qobu qəsəbəsində fəaliyyət göstərən su emalı müəssisəsində uyğunsuzluq aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Qobu qəsəbəsi, B.Səfəroğlu küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, “Ayna Su” MMC-yə məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavanın tamlığının pozulduğu müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. 

Araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
5
qafqazinfo.az

6Sources