EN

Bu siniflərdə "Azərbaycan tarixi" fənni dövlət dilində tədris olunacaq

2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris dilindən asılı olmayaraq VI siniflərdə də "Azərbaycan tarixi" fənni dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.

Day.Az xəbər verir ki, bu, yeni təsdiqlənən ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planında əks olunub.

Qeyd edək ki, ötən tədris ilində bu tələb sırf V siniflərə şamil edilib.

Chosen
55
16
day.az

10Sources