EN

Laçında Baş Prokurorluq tərəfindən beynəlxalq konfrans keçirilib - FOTO - YENİLƏNİB

Laçında Baş Prokurorluq tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani çıxış edib.

Kamran Əliyev bildirib ki, bu beynəlxalq tədbir həm hüquqi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət, böyük dəyər kəsb edir: "Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu təşəbbüs əslində böyük anlam kəsb etməklə suverenliyimizin əldə olunması, eləcə də hüquqi dövlət quruculuğu ilə bağlı tariximizə olan ehtiramın göstəricisi və onun əbədiləşdirilməsi istiqamətində atılmış böyük bir addımdır".

Baş Prokuror qeyd edib ki, hər bir hüquqi dövlətin Konstitusiyası onun üstün qüvvəyə malik ali hüquqi sənədi hesab edilir: "Dövlətin qurluşunu, hakimiyyət bölgüsünü, insan və vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirən bu mühüm sənəd qanunvericiliyin formalaşdırılması və inkişafında önəmli rola malikdir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü (1921-ci il mayın 19-da, 1925-ci il martın 14-də, 1978-ci il aprelin 21-də) Konstitusiyadır. Belə ki, Azərbaycan Konstitusiyasının yaranması tarixi SSRİ dövrünə təsadüf edir və əvvəlki 3 redaksiya məhz həmin dövrlərdə qəbul edililib".

Kamran Əliyev konstitusiyamızın təkamül tarixindən bəhs edərkən həyatı boyu Azərbaycan xalqına, vətəninə bağlı olub və ona sədaqətlə xidmət etmiş Ümummilli lider Heydər Əliyevin irsi xüsusi olaraq qeyd edilməlidir:

"Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə suverenliyini elan etsə də, onun reallaşdırılması uzun bir mübarizə nəticəsində mümkün olmuşdur. Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan Respublikasının Silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış “44 günlük Vətən” müharibəsində əldə edilmiş tarixi qələbə, eləcə də müharibədən sonra Qarabağda Ermənistan Respublikasının rəhbərliyi tərəfindən silahlandırılmaqla fəaliyyət göstərən separatçı rejimin qalıqlarının 19-20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində məhv edilməsi nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilmiş və süquta uğradılmaqla Azərbaycan dövlətinin suverenliyi tam bərpa edilib".

Daha sonra nümunəvi xidmətlərinə görə azad olunmuş ərazilərdə xidmət aparan bir sıra əməkdaş təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib.

***

10.02

Laçında Baş Prokurorluq tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, konfransda Baş prokuror Kamran Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani, Baş Prokurorluğun rəhbər heyəti, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, ərazi və ixtisaslaşdırılmış prokurorlar iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib.

Laçında Laçında Laçında Laçında Laçında Laçında Laçında
Chosen
47
2
apa.az

10Sources