EN

“Pulu şəxsən Rəqasanəyə və ərinə vermişəm” deyilirsə, Fazil Əmiraslanov niyə həbs olunmur?

ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Vətəndaş ittiham irəli sürə bilər, amma məhz istintaq orqanı müəyyən edib ki, pulu alan Rəqsanə İsmayılovadır, yoxsa əri..." 

Bu sözləri "Yeni Sabah"a vəkil Emil Aslanov deyib.

Onun sözlərinə görə, istintaq orqanı əməldə cinayət tərkibinin olduğunu sübut edərsə, daha sonra Fazil Əmiraslanov saxlanıla bilər: pizza hut

“Vətəndaş ittiham irəli sürə bilər, amma məhz istintaq orqanı müəyyən edib ki, pulu alan Rəqsanə İsmayılovadır, yoxsa əri. İstintaq orqanı onun ifadəsini alıb sərbəst buraxıbsa, deməli, Fazil Əmiraslanov bu işdə şahid qismindədir. Yəni təqsirləndirilən şəxs deyil.

Təqsirləndirilmiş olsaydı, güman ki, bu qədər külli miqdarda məbləğə görə o da həbs olunardı. İstintaq orqanı müəyyən edir ki, doğrudan da bu əməldə cinayət tərkibi var, yalnız bundan daha sonra həmin şəxs saxlanılır.

Bununla bərabər, Verilən məlumatın doğru olub-olmaması yoxlanılır. Əgər sübuta yetirilsə ki, doğrudan da pul alınıb və əməldə dələduzluq tərkibi var, o zaman istintaq cinayət işi başladır. İstintaq tədbiri olaraq da, qətimkan tədbirləri seçilir. Əlavə olaraq, həbs qətimkan tədbirinin seçilməsinə zərurət varsa, məhkəməyə çıxarılır və həbs qətimkan tədbiri seçilir”. 

Vəkil qeyd edib ki, vətəndaşın özü ilə bağlı əssasız ittihama qarşı cinayət işi açdırma hüququ var:

“Əgər şəxs heç bir əsas olmadan şikayət edirsə və istintaq orqanı müəyyən edirsə ki, şikayət əsassızdır və şər-böhtandır, təbii ki, bu halda ittiham olunan şəxs Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan atma) ilə cinayət işi açdırma hüququ var. Çünki burada şəxsə böhtan atılıb, onun şərəf və ləyaqətini açaldıb və ağır cinayətdə ittiham edib”.

Xatırladaq ki, Rəqsanə İsmayılovadan şikayətçi Gündüz Məmmədovdur. O, videomüraciətində bildirib ki, pulu müğənni və onun ərinə şəxsən özü verib. Söhbət 520 min dollar və 35 manat dətərində zinət əşyalarından gedir.

Nazim Hacıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
4
yenisabah.az

5Sources