Yazını böyüt
Yazını kiçilt
Futzal üzrə azərbaycanlı FIFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.
Hafta.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunun Bolqarıstanda təşkil olunacaq oyunlarında ədaləti qoruyacaq.
Cəbrayılov avqustun 27-də keçiriləcək "Viten Orşa" (Bolqarıstan) - "Europa" (Cəbəllütariq) görüşündə üçüncü, həmin gün baş tutacaq "Veilimdorf" (Almaniya) - "Levski" (Bolqarıstan) matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. Ə.Cəbrayılov ertəsi gün keçiriləcək "Veilimdorf" - "Viten Orşa" matçına birinci hakim kimi təyinat alıb.
Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.