EN

Azərbaycan neftinin orta ixrac qiyməti açıqlanıb

2025-ci ilin yeddi ayında dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta ixrac qiyməti 73.6 ABŞ dollarına bərabər olub. Bu barədə Apa məlumat yayıb.

Cari ilin yanvar-iyulunda ən yüksək göstərici 84.78 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 63.25 ABŞ dolları səviyyəsində olub.

Bu ilin avqustunda Ceyhan limanından Azeri BTC markalı neftin ixracı 17,3 milyon barrel həcmində planlaşdırılıb ki, bu da iyul  üzrə planlaşdırılan 17,4 milyon barreldən cüzi azdır.

Azeri BTC qarışığı qlobal bazara BTC boru kəməri vasitəsilə çatdırılır. Bu boru kəmərinin operatoru Böyük Britaniyanın BP şirkətidir. BTC sisteminə texniki olaraq Qazaxıstan, Türkmənistan və Rusiyadan da neft daxil edilə bilər.

BTC boru kəmərinin ümumi uzunluğu 1.768 kilometr təşkil edir. Bu kəmərlə neft  Aralıq dənizi sahilində yerləşən Türkiyənin Ceyhan limanına çatdırır və oradan tanker vasitəsilə dünya bazarına yola salınır.

Boru kəmərinin sutkalıq ixrac gücü 1,2 milyon barreldir.

Aytac

 

Chosen
29
50
anews.az

10Sources