EN

Türk dünyası güclənir: Bakının əsas ticarət tərəfdaşı…

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gedib. Türkmənistan Azərbaycanın Mərkəzi Asiyada əsas ticarət tərəfdaşlarından biridir.

KONKRET.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

“2024-cü ildə enerji qiymətləri və həcminin azalmasının ticari əlaqələrimizə təsirlərinə rəğmən ötən il qarşılıqlı dövriyyə 2021-ci illə müqayisədə 3 dəfədən çox artıb. Ölkələr arasında ticarət dövriyyəsi 2021-ci ildə 105.1 milyon dollar, 2022-ci ildə 535.2 milyon dollar, 2023-cü ildə 773.9 milyon dollar və nəhayət 2024-ci ildə 383.7 milyon dollar olub.

Ötən il Mərkəzi Asiya dövlətləri arasında 470.4 milyon dollarlıq idxal və ixracımız olan Qazaxıstandan sonra ikinci ən böyük ticarət əməkdaşlığı Türkmənistanla qeydə alınıb. 2023-cü ildə isə həmin regionda Azərbaycanın ən böyük ticarət dövriyyəsi Türkmənistanla olub.

Göründüyü kimi, dövlətlər bir-birləri üçün vacib tərəfdaşlar olmaqla yanaşı, əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər böyük potensial var.

Azərbaycan Prezidentinin səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açağı gözlənilir. Türk dünyası yaxınlaşır, daha da güclənir”, – Bayramov qeyd edib.

Chosen
16
7
konkret.az

9Sources