EN

Ana və üç övladı Nəbatət bağında dərmandan zəhərlənib?

Ana və üç övladına dərmandan səpiblər.

Far.Az-in "qaynar xətti"nə daxil olan şikayətə görə, bir ana üç uşağı ilə birlikdə Mərkəzi Nəbatət bağına gediblər. Evə qayıtdıqdan sonra həm ana, həm də uşaqların bədənində qırmızı səpgilər əmələ gəlib, hətta üzləri də təsirlənib.

Şikayətçi iddia edir ki, bu vəziyyət bağda heyvanlara tətbiq olunan dərmanların hava vasitəsilə onlara keçməsi nəticəsində baş verib və allergik reaksiya yaradıb.

Məsələ ilə bağlı lazımi qurumlara sorğu göndərdik.

Şahanə Xankişiyeva

Chosen
14
1
far.az

2Sources