EN

AZAL-ın Müşahidə Şurasının tərkibi dəyişib

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.

Qeyd edək ki, qurumun Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Chosen
57
12
far.az

10Sources