EN

Yeddi ayda Azərbaycan neftinin orta ixrac qiyməti məlum olub

2025-ci ilin yanvar-iyul ayları ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta ixrac qiyməti məlum olub.

"APA-Economics"in apardığı hesablamalara görə, bu ilin ilk 7 ayı ərzində Azərbaycan neftinin orta qiyməti 73.6 ABŞ dollarına bərabər olub.

2025-ci ilin ilk 7 ayı ərzində ən yüksək göstərici 84.78 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 63.25 ABŞ dolları səviyyəsində olub.

Aşağıdaki diaqramda cari ilin yanvar-iyul ayları üzrə "Azeri Light" (CIF) markalı neftin orta qiymətləri yer alıb.

Xatırladaq ki, 2025-ci ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 49,1 faizi və ya 19 milyard 243 milyon manatı neft-qaz sektorunun, 50,9 faizi və ya 19 milyard 949 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470 milyon manat və ya 2,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 366 milyon manat və ya 1,9 faiz artması gözlənilir.

Chosen
59
4
apa.az

10Sources