EN

Kəlbəcərin 1-ci yaşayış kompleksi sakinlərin istifadəsinə verilib

Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində sakinlər üçün bütün lazımi şərait yaradılıb.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə Kəlbəcərə təşkil olunan mediaturda məlumat verilib.

Bildirilib ki, müasir üslubda və yüksək standartlara uyğun inşa olunan yaşayış kompleksindəki mənzillər bütün zəruri xidmətlərlə təmin olunub. Yaşayış binalarının həyətində sakinlərin istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif məkanlar yaradılıb, qurğular inşa olunub.

Qeyd edək ki, avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

"Cebheinfo.az" 

Chosen
16
3
cebheinfo.az

4Sources