EN

AZAL-ın Müşahidə Şurası yenidən formalaşıb

AZAL-ın

Rəqəmsal inkişaf və nəqliyyat Naziri Rəşad Nəbi oğlu Nəbiyev daha bir vəzifəyə təyinat alıb.

Reyting.az
xəbər verir ki, o, bundan sonra "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Müşahidə Şurasına da sədrik edəcək.

AZAL-dan bildirilib ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsinin 4.7.14-cü yarımbəndinə əsasən, AZCON-un Müşahidə Şurası AZAL-ın Müşahidə Şurasının tərkibini aşağıdakı kimi təsdiq edib:

Müşahidə Şurasının sədri:

rəqəmsal inkişaf və nəqliyyat Naziri - Rəşad Nəbi oğlu Nəbiyev

Müşahidə Şurasının üzvləri:

AZCON Holding-in icraçı direktoru – Şahin Tofiq oğlu Babayev

AZCON Holding-in icraçı direktorunun müavini – Vüqar Yaşar oğlu Mirzəzadə

AZCON Holding-in Baş Maliyyə İnzibatçısı – Taylan Soysal oğlu Tekeli.
Chosen
52
8
reyting.az

10Sources