EN

Biz birlikdə güclüyük

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən ermənilər mayın 18-də Laçını işğal etdilər. Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında müqavimətini əhəmiyyətli dərəcədə sarsıtmışdı. İşğalçı Ermənistanla Qarabağ separatçıları arasında son dərəcədə strateji əhəmiyyətli mövqeyə malik olan Laçın rayonunun itirilməsi savaşların nəticəsinə xeyli dərəcədə təsir göstərdi. Lakin belə böyük bir itki də xalqımızı sarsıtmadı, onun qələbə əzmini qıra bilmədi. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının və ölkələrinin bacarmadıqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu həyata keçirdi. 2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Uzun illər Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi, yenilməz qətiyyəti və ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.

İşğaldan azad edildikdən sonra artıq beş ildir ki, rayon ərazisində möhtəşəm bərpa-quruculuq fəaliyyəti həyata keçirilir, böyük tikinti-abadlıq işləri aparılır. Laçına həyat yenidən qayıdır. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına dönürlər. Şəhərə ilk köç 2023-cü ilin may ayına təsadüf edib. Həmin il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə ilk qayıdan sakinlərlə görüşdü, evlərin açarlarını onlara təqdim etdi. Laçın rayonu ərazisində aparılan sürətli inşaat işləri, yeni və fərqli təyinatlı infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətinə atılan addımlar sözügedən yaşayış məntəqəsinin əhəmiyyətini daha da artıracaq. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır.

2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı olub. Ərazisi 11,2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb. Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir. Bu gün Laçın da yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Prezident İlham Əliyev 2023-cü il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək dedi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Artıq biz bu gün kədər və həsrət dolu zamanları yada salıb Laçının işğalından danışmırıq. Bu gün erməni işğalından azad olunmuş doğma diyarda aparılan böyük quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin öz ocaqlarına qayıtmasından bəhs edirik. Dövlətimizin başçısı İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Laçınlılar bu əziz günü 30 il həsrətində olduqları və yenicə köçdükləri doğma evlərində qürurla və iftixarla qeyd edirlər.

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
sesqazeti.az

1Sources