EN

Evlilikdə ideal yaş fərqi nə qədər olmalıdır?

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Psixoterapevt Eloiza Skinner hesab edir ki, tərəfdaşların yaşı münasibətlərdə mühüm rol oynayır.

Ölkə.az xəbər verir ki, o, ər-arvad arasında ideal yaş fərqini "Metro" nəşrinə açıqlayıb.

O bildirib ki, aparılan araşdırmalara görə, ən möhkəm münasibətlər yaş fərqi üç ildən çox olmayan insanlar arasında formalaşır.

Onun sözlərinə görə, bunun mümkün izahı ondadır ki, yaşıdların bir çox ortaq cəhətləri olur: onlar eyni həyat mərhələsindədirlər, maliyyə imkanları bənzərdir, xərclərə münasibətləri oxşardır və sağlamlıq vəziyyətləri də təxminən eynidir.

Psixoterapevt əlavə edib ki, ər-arvad arasında yaş fərqi böyük olduqda, onların xoşbəxtlik və məmnunluq hissi, yaşıd cütlüklərlə müqayisədə daha tez azalır.

“Yaş fərqi çox olanda cütlüklərin bir-birini başa düşməsi çətinləşir. Həmyaşıdlar arasında da münasibətlər tez korlana bilər, amma bu, daha nadir hallarda baş verir”, – deyə o yekunlaşdırıb.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
3
olke.az

4Sources