EN

Maduro səfərbərlik elan etdi: ABŞ təhlükəsi…

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Venesuela Prezidenti Nikolas Maduro 23–24 avqust tarixlərində milli milis, ehtiyatda olan hərbçilər və könüllülər üçün ölkə üzrə səfərbərlik elan edib.

Axar.az xəbər verir ki, Maduro bu barədə öz çıxışında məlumat verib.

O, bu qərarı ABŞ-dan gələn mümkün təhlükələrə cavab olaraq verdiyini bildirib.

Maduro vətəndaşları ordu və milislə birlik nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, üç ABŞ hərbi gəmisinin yaxın günlərdə Cənubi Karib dənizinə göndəriləcəyi və Venesuela sahillərində narkotik kartellərinə qarşı əməliyyatlar həyata keçirəcəyi barədə məlumat verilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
3
axar.az

4Sources