EN

Azərbaycanın futzal hakimi Çempionlar Liqasına təyinat alıb

Azərbaycanın

Azərbaycanın futzal üzrə FIFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunda Bolqarıstanda təşkil olunacaq oyunlarda ədaləti qoruyacaq.

Referi avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək.

Ə. Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” - “Viten Orşa” görüşünə 1-ci hakim kimi təyinat alıb.

Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.

Chosen
9
20
xalqcebhesi.az

10Sources