EN

Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

İnterpress.az xəbər xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

İlham Heydər oğluna və ailənizin bütün üzvlərinə salamımı çatdırmağınızı xahiş edirəm”.

Chosen
30
49
interpress.az

10Sources