EN

Azərbaycanlı FIFA referisinə UEFA-dan təyinat

Futzal üzrə FIFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.

Msport.az xəbər verir ki, Ə.Cəbrayılov UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunun oyunlarında ədaləti qoruyacaq.

O, avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) oyununda üçüncü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında ikinci, avqustun 28-də təşkil olunacaq “Veilimdorf” – “Viten Orşa” görüşündə isə birinci hakim olacaq.

E qrupunun bütün oyunları Bolqarıstanın paytaxtı Sofiyada yerləşən “Armeec Arena”da baş tutacaq.

Chosen
10
11
msport.az

10Sources