EN

Bu gün İran və Avropa üçlüyü arasında danışıqlar baş tutacaq

Missiya.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı, Fransa, Britaniya və Almaniyanın XİN başçıları, eləcə də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı keçiriləcək. 

Missiya.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

O bildirib ki, telefon danışığının əsas mövzusu nüvə danışıqlarının son vəziyyəti, İranın istəkləri və xüsusilə də sanksiyaların ləğvi ilə bağlı məsələlər olacaq.

Bəqai qeyd edib ki, bundan əlavə, İran tərəfi nüvə obyektlərinə qarşı həyata keçirilən hücumları cinayət aktı kimi qiymətləndirir və bu hücumlara görə qarşı tərəfin məsuliyyət daşımalı olduğunu bəyan edəcək.

Daşqın HəsənovMissiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
2
missiya.az

3Sources