EN

AZAL-ın Müşahidə Şurası yenidən formalaşdırılıb

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Müşahidə Şurasında dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Report-un sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

Məlumata görə, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsinin 4.7.14-cü yarımbəndinə əsasən, AZCON-un Müşahidə Şurası AZAL-ın Müşahidə Şurasının tərkibini aşağıdakı kimi təsdiq edib:

Müşahidə Şurasının sədri:

rəqəmsal inkişaf və nəqliyyat Naziri - Rəşad Nəbi oğlu Nəbiyev

Müşahidə Şurasının üzvləri:

AZCON Holding-in icraçı direktoru – Şahin Tofiq oğlu Babayev

AZCON Holding-in icraçı direktorunun müavini – Vüqar Yaşar oğlu Mirzəzadə

AZCON Holding-in Baş Maliyyə İnzibatçısı – Taylan Soysal oğlu Tekeli.

Chosen
42
8
bakivaxti.az

10Sources