EN

Kəbəcərə qayıdış: 1-ci yaşayış kompleksində sakinlər üçün bütün şərait yaradılıb

KƏLBƏCƏR, 22 avqust. TELEQRAF

Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində sakinlər üçün hər bir şərait yaradılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu barədə "Prezidentin izi ilə" layihəsi çərçivəsində Kəlbəcərə təşkil olunan mediaturda məlumat verilib.

Bildirilib ki, müasir üslubda və yüksək standartlara uyğun inşa olunan yaşayış kompleksindəki mənzillər bütün zəruri xidmətlərlə təmin olunub. Yaşayış binalarının həyətində sakinlərin istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif məkanlar yaradılıb, qurğular inşa olunub.

Qeyd edək ki, avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Chosen
24
3
teleqraf.com

4Sources