EN

Suriya ilə İsrail müqavilə imzalayacaqlar

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, sentyabrın 25-də Suriya ilə İsrail arasında müqavilə imzalanacağı gözlənilir. "Independent Arabia" telekanalının məlumatına görə, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın BMT-nin Baş Assambleyasında çıxışının ertəsi günü, yəni sentyabrın 25-də, İsrail ilə Suriya ABŞ-ın himayəsi altında təhlükəsizlik sazişi imzalamağı planlaşdırır. Sənəd Tel-Əviv ilə Dəməşq arasında gərginliyi azaltmalıdır. Bununla yanaşı, yaxın gələcəkdə tamhüquqlu sülh müqaviləsinin bağlanması gözlənilmir.

"Sky News Arabia" kanalının verdiyi xəbərə görə isə, Vaşinqton Prezident Donald Trampın iştirakıyla Əl Şaraa ilə İsrailin Baş naziri Binyamin Netanyahunun görüşünün təşkil edilməsi üzərində işləyir.

Münasibətlərdə irəliləyiş İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə Suriyanın xarici işlər naziri Əsəd Əl Şeybaninin Parisdə keçirdikləri danışıqlarda əldə edilib. Danışıqlarda çətinlik törədən əsas məsələ İsrailin Suriyadakı bir sıra strateji obyektlərdəki varlığını əldə saxlamaq niyyətidir.

Tərəflər sərhəddəki atışmalar, Suriyanın daxili işlərinə qarışmamaq, regional sabitlik və 1974-cü ildəki razılaşmanın bərpası məsələlərini müzakirə ediblər.

Hürr Tərcüman

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
hurriyyet.az

2Sources