EN

“Eşref Rüya”da yeni simalar - FOTOLAR

Türkiyənin “Kanal D” telekanalının yüksək reytinqli seriallarından olan “Eşref Rüya”nın heyətinə yeni simalar daxil olub.

“Cebheinfo.az” xəbər verir ki, Levent Özdilek və Ebru Nil Aydın da ekran işində çəkiləcəklər.

L.Özdilek layihədə iddialı “Hıdır” obrazına həyat verəcək. E.N. Aydın isə serialda prokuror obrazı ilə izləyicilərin qarşısına çıxacaq. Ekran işinin ikinci mövsümünün çəkilişlərinin 27 avqustda başlaması nəzərdə tutulur. 

Qeyd edək ki, 70 yaşlı aktyor Levent Özdilek karyerası ərzində “Haziran Gecesi”, “Melekler Adası”, “Kavak Yelleri”, “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “Kırmızı Oda”, “Gecenin Ucunda”, “Kuruluş Osman”, “Ben Bu Cihana Sığmazam” kimi seriallarda çəkilib.

60 yaşlı aktrisa Ebru Nil Aydın isə “Lale Devri”, “Kuzey Güney”, “Behzat Ç.”, “Cennetin Gözyaşları” və “Teşkilat” kimi seriallarda rol alıb.

Chosen
37
cebheinfo.az

1Sources