EN

Kolumbiyada hücum: ən azı 18 nəfər ölüb, onlarla yaralı var

Ajans.az BBC-ə istiandən xəbər verir ki, qərbdə yerləşən Kali şəhərində bomba yüklü avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb, 60-dan çox insan xəsarət alıb. Partlayışın hədəfinin Marko Fidel Suarez Hərbi Aviasiya Məktəbi olduğu bildirilir. Partlayış nəticəsində dinc sakinlər də həlak olub, ətrafdakı yaşayış evlərinə ziyan dəyib. Digər hadisə isə cümə axşamı səhər saatlarında Medellin yaxınlığında baş verib. Burada polis helikopterinə pilotsuz təyyarə ilə hücum edilib. Təyyarə yerə çırpılıb, göyərtədə olan 12 zabit həlak olub. Prezident Qustavo Petro bildirib ki, helikopter kokain istehsalında istifadə olunan koka plantasiyalarını məhv etmək missiyasındaymış. Kolumbiya Müdafiə naziri Pedro Sançes partlayışı “terror hücumu” adlandıraraq, hücumların məsuliyyətini FARC-ın dissident qruplarından EMC-in üzərinə qoyub. Onun sözlərinə görə, bu, narkotik ticarəti üzərində nəzarəti itirməyə qarşı “qorxaq reaksiya”dır. Kali meri Alejandro Eder şəhərdə hərbi vəziyyət elan edib, böyük yük maşınlarının girişini müvəqqəti məhdudlaşdırıb və hadisə ilə bağlı məlumat verənlərə 10 min dollar mükafat vəd edib. Kolumbiya hökuməti hücumlardan sonra fövqəladə təhlükəsizlik şurası keçirməyi planlaşdırır. Müdafiə Nazirliyi bəyan edib: “Dövlət terrora boyun əyməyəcək. Bu cinayətlər qanunun bütün gücü ilə təqib ediləcək və cəzalandırılacaq”. Son aylarda ölkədə təhlükəsizlik qüvvələri ilə dissident üsyançılar, paramilitar dəstələr və narkotik qrupları arasında silahlı toqquşmaların artdığı bildirilir. Təkcə 2024-cü ildə Kolumbiyada 115 pilotsuz təyyarə hücumu qeydə alınıb.

 

Chosen
88
Ajans.az

1Sources