EN

Ana öpüşü körpənin beynində necə möcüzə yaradır? ARAŞDIRMA

ain.az bildirir, Olke.az portalına istinadən.

Ana ilə körpə arasındakı öpüş sadəcə sevgi ifadəsi deyil, elmin də maraq dairəsinə düşən bir prosesdir. Araşdırmalar göstərir ki, həmin an beyində möcüzəvi dəyişikliklər baş verir.

Maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə aparılan tədqiqatlar sübut edib ki, ana övladını öpərkən həm onun, həm də körpənin beynində xüsusi aktivlik sahələri yaranır. Bu aktivlik sanki işıq kimi parlayır və beyinin “sevgi dili”ni göstərir.

Anada baş verən dəyişikliklər:

Beyində sevinc və mükafat mərkəzləri aktivləşir.

Oksitosin – “sevgi hormonu” ifraz olunur.

Stress azalır, qoruma instinkti güclənir.

Körpədə baş verən dəyişikliklər:

Ürək döyüntüsü normallaşır, sakitlik yaranır.

Kortizol – stres hormonu azalır.

Beyin ana sevgəsini “təhlükəsizlik siqnalı” kimi yadda saxlayır.

Mütəxəssislər bu prosesi “sevginin neyrobiologiyası” adlandırır. Yəni sadəcə bir öpüş belə, ana ilə körpə arasında möhkəm bağ yaradır, uşağın emosional inkişafına müsbət təsir göstərir.

Alimlər bildirirlər ki, bu tip yaxınlıq körpənin gələcəkdə özünəinamlı, güvənli və sosial baxımdan sağlam böyüməsinə yardımçı olur.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
3
olke.az

4Sources