EN

Qırğızıstanda Azərbaycan dili dərsi keçiriləcək

Bakı. Trend:

Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və millidəyərlərinin Qırğız Respublikasında tanıdılması və azərbaycançılıqruhunun aşılanması məqsədilə Bişkek şəhərində fəaliyyət göstərənNizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dili fənninitədris edəcək müəllimin işə qəbulu üzrə müsabiqə elan olunur.

Trendxəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

"Namizəd üçün tələb olunan meyarlar:
• müvafiq ixtisas üzrə ali pedaqoji təhsil;
• MİQ-də iştirak və ya minimum 3 (üç) il pedaqoji staj;
• multikultural mühitdə işləmək, təşəbbüskarlıq və ünsiyyətbacarıqları;
• xarici dil bilikləri (rus və ya qırğız dili).
Tələb olunan sənədlər:
• şəxsiyyət vəsiqəsinin surəti;
• ali təhsil haqqında diplomun surəti;
• tərcümeyi-hal (CV);
• əmək kitabçasının surəti (əgər varsa);
• tövsiyə məktubu (əgər varsa);
• motivasiya məktubu (müsabiqədə iştirak məqsədini izah edən).
Müsabiqə üzrə mərhələlər:
- I mərhələ - müraciətlərin qəbulu və sənədlərin yoxlanılması;
- II mərhələ - pedaqoji fəaliyyətin qiymətləndirilməsi (müsahibə vəya dərs təqdimatı);
- ⁠III mərhələ - Müsabiqə komissiyası tərəfindən yekun qərarınverilməsi.
Əmək müqaviləsinin müddəti:
• 1 (bir) tədris ili.
Müəllimin əməkhaqqı Qırğız Respublikası tərəfindən, digər xərclərisə Azərbaycan Respublikası tərəfindən qarşılanacaqdır.
Son qeydiyyat tarixi: 28 avqust 2025-ci il, 21:00
Müraciət ünvanı: [email protected]",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Chosen
51
22
az.trend.az

10Sources